Menyu

Ərdoğan deputatı məhkəməyə verib

Əsəd Abbaslı
Ərdoğan deputatı məhkəməyə verib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müxalifətçi deputata qarşı 250 min lirə (təxminən 7,3 min dollar) mənəvi zərərin ödənilməsi tələbi ilə çıxış edib.

"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyə liderinin vəkili Hüseyn Aydın "X" sosial şəbəkəsində məlumat verib.

“Cümhuriyyət Xalq Partiyasının (CHP) İzmir üzrə millət vəkili Tuncay Özkanın prezidentimizə qarşı əsassız və vulqar ifadələri ilə bağlı 250 min türk lirəsi mənəvi ziyana görə təzminat iddiası qaldırılıb”, - deyə o bildirib.

T.Özkan daha əvvəl "X" sosial şəbəkəsində Türkiyə lideri və yerli hakimiyyət nümayəndələrinin ünvanına bir sıra təhqirlər yazıb. Nazirlər Kabinetinin üzvləri müxalifətçi deputatı qınayıb və tənqid ediblər. Türkiyə Ədliyyə Nazirliyinin rəhbəri Yılmaz Tunç bildirib ki, Özkanın ifadələri ilə bağlı ona qarşı istintaq başlayıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər