ABŞ kəşfiyyatı İranın Trampın kampaniyasına hücumu ilə bağlı iddiaları təsdiqləyib
ABŞ kəşfiyyat rəsmiləri Donald Trampın prezidentlik kampaniyasının İran tərəfindən kiberhücumlara məruz qaldığını təsdiqləyib.
"Operativ Media" xəbər verir ki, Amerika kəşfiyyat agentlikləri bu barədə məlumat yayıb.
Onlar İranın bu seçki dövrü ərzində getdikcə daha aqressiv fəaliyyətlə məşğul olduğunu müşahidə etdiklərini bildib. İran bu iddiaları rədd edib. ABŞ kəşfiyyat xidmətindən dəlillər təqdim etməsini istəyib.
Qeyd edək ki, Donald Trampın kampaniya komandası avqustun 10-da İranı daxili mesajlarının mülki hücumlara məruz qaldığını iddia etməkdə günahlandırıb. İran rəsmiləri bunu təkzib edib. Məsələ ilə bağlı ABŞ kəşfiyyat xidməti araşdırma başladıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net