Bolqarıstan parlamenti hava məkanının qorunmasına dair Türkiyə ilə memorandumu təsdiqləyib
Əsəd Abbaslı
Bolqarıstan parlamenti səs çoxluğu ilə Türkiyə ilə dövlətlərin hava məkanının birgə qorunması haqqında memorandumu ratifikasiya edib.
"Operativ Media" xəbər verir ki, bu barədə ölkənin texniki hökumətinin müdafiə naziri Atanas Zapryanov bildirib.
Onun sözlərinə görə, Bolqarıstan sazişi NATO ölkələrinin ümumi hava məkanına əhəmiyyət verməsi səbəbindən imzalayıb.
“Söhbət müdafiəyönümlü addımlardan getmir, söhbət növbətçi təyyarələr tərəfindən həyata keçirilən dinc dövrün əməliyyatlarından gedir”, - o deyib.
Qeyd olunur ki, sənəd iki ölkənin hava məkanında transsərhəd hava polisi əməliyyatlarının aparılmasının əsas prinsiplərini, prosedurlarını və şərtlərini tənzimləyir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net