Menyu

ABŞ: Genişmiqyaslı müharibədən qaçmaq olar

Əsəd Abbaslı
ABŞ: Genişmiqyaslı müharibədən qaçmaq olar

Amerika Birləşmiş Ştatları Livan sərhədində vəziyyətin kəskin pisləşməsinə baxmayaraq, hələ də İsrail və “Hizbullah” arasında genişmiqyaslı döyüşlərin qaçılmaz olduğuna inanmır.

"Operativ Media" xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Karine Jan-Pyer bildirib.

“Genişmiqyaslı müharibənin qaçılmaz olduğuna inanmırıq. Və inanırıq ki, bundan hələ də qaçmaq olar”, - ABŞ prezidentinin sözçüsü bildirib.

Qeyd edək ki, iyulun 27-də Holan yüksəkliklərində Məcdəl Şəms qəsəbəsinə raket hücumu nəticəsində 12 uşaq ölüb. İsrailin Baş naziri Binyamin Netanyahu ölkəsinin bu ağır hücumu cavabsız qoymayacağını vurğulayıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər