Menyu

Qəzzada hepatitə yoluxanların sayı 40 minə çatır

Əsəd Abbaslı
Qəzzada hepatitə yoluxanların sayı 40 minə çatır

Qəzzada hepatitə yoluxanların sayı 40 minə çatır

Qəzza zolağında Hepatit A xəstələrinin sayı, demək olar, 40 min nəfərə çatıb, Fələstin-İsrail münaqişəsinin kəskinləşməsinə qədər isə cəmi 85 yoluxma halı qeydə alınmışdı.

"Operativ Media" TASS-a istinadən xəbər verir ki, bu barədə BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Yaxın Şərq Agentliyi (UNRWA) məlumat yayıb.

Bildirilib ki, hər həftə anklavda 800-dən 1000-ə qədər yeni yoluxma halı qeydə alınır. Xüsusilə Hepatit A UNRWA tərəfindən Qəzza sakinləri üçün təşkil edilmiş sığınacaqlarda yayılmağa davam edir. Agentlik qeyd edir ki, hepatitin yayılmasına səbəb sığınacaqlarda yer, təmiz su və gigiyena vasitələrinin çatışmazlığıdır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər