XİN: Ermənistan Türkiyə ilə münasibətlərin normallaşdırılması çərçivəsində razılaşmalara sadiqdir
Nərmin Qocamanlı
Ermənistan Türkiyə ilə münasibətlərin normallaşdırılması çərçivəsində razılaşmalara sadiqdir və Ankaradan da eyni şeyi, o cümlədən üçüncü ölkə vətəndaşları və diplomatik pasportu olan şəxslər üçün Ermənistan-Türkiyə quru sərhədinin açılması məsələsində də gözləyir.
"Operativ Media" xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyindən "Sputnik Armenia"ya bildirilib.
Ölkələrin xüsusi nümayəndələrinin mümkün görüşü ilə bağlı Xarici İşlər Nazirliyi qeyd edib ki, “cəmiyyət yalnız dəqiq razılaşmalar olduqda vaxt barədə məlumat əldə edəcək”.
Bundan əvvəl Türkiyə prezidenti Ərdoğan İrəvanla Bakı arasında sülh prosesinin müsbət nəticələnəcəyi təqdirdə Ermənistanla sərhədin açıla biləcəyini istisna etməyib.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma