Menyu

Mavritaniya sahillərində miqrant qayığı batıb

Əsəd Abbaslı
Mavritaniya sahillərində miqrant qayığı batıb

Mavritaniya sahillərində afrikalı miqrantları daşıyan qayığın batması nəticəsində azı 15 nəfər ölüb.

“Operativ Media” xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) dərc olunmuş kommünikesində deyilir.

Məlumata görə, iyulun 15-də Qambiya sahillərində 300-ə yaxın insanın mindiyi qayıq 7 gün Atlantik okeanının sularında üzdükdən sonra iyulun 22-də Mavritaniyanın paytaxtı Nuakşot yaxınlığında tarazlığını itirərək çevrilib.

“15 nəfərin öldüyü təsdiqlənib. Mavritaniya sahil mühafizəsi 120 nəfəri xilas edib. Digərlərinin axtarışı davam etdirilir. Sağ qalanlardan 10 nəfər təcili surətdə tibbi yardım üçün xəstəxanalara göndərilib”, - BMqT-dən bildirilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər