Menyu

Gürcüstan MSK parlament seçkilərində iştirak etmək üçün 13 partiyanı qeydə alıb

Əziz Əzizli
Gürcüstan MSK parlament seçkilərində iştirak etmək üçün 13 partiyanı qeydə alıb

Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) 26 oktyabr 2024-cü ildə Gürcüstanda keçiriləcək parlament seçkilərində iştirak etmək üçün ərizə vermiş 28 partiyadan 13-nü qeydə alıb.

"Operativ Media" Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bu barədə MSK-nın saytındakı materiallarda bildirilib.

Son parlament seçkilərində iştirak etməyən və parlamentdə nümayəndəsi olmayan partiyaların ərizə vermə müddəti iyulun 15-də başa çatıb.

MSK-nın məlumatına görə, siyahıya keçmiş Baş nazir Giorgi Qaxariyanın “Gürcüstan naminə” partiyası da daxildir.

Qeydiyyatdan keçmiş bütün partiyalar 2024-cü il avqustun 1-dək ən azı 25 min seçici imzasını MSK-ya təqdim etməlidir

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər