Menyu

Rusiya 13 Yaponiya vətəndaşının ölkəyə girişini qadağan edib

Əsəd Abbaslı
Rusiya 13 Yaponiya vətəndaşının ölkəyə girişini qadağan edib

Moskva Tokionun sanksiyalarına cavab olaraq 13 Yaponiya vətəndaşının Rusiya Federasiyasına girişinə qadağa qoyub.

"Operativ Media" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

“Xüsusi hərbi əməliyyatla əlaqədar Yaponiyanın ölkəmizə qarşı davam edən sanksiyalarına cavab tədbirləri çərçivəsində aşağıdakı Yaponiya vətəndaşlarının Rusiya Federasiyasına girişinə həmişəlik qadağa qoyulması barədə qərar qəbul edilib: Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin prezidenti Tanaka Akihiko, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin sədri Toyota Motor, Rakuten korporasiyasının təsisçisi Mikitani Hiroşi və başqaları”, - nazirlik qeyd edib. 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər