Menyu

Qırğızıstan Prezidentinin qardaşı oğlu həbs edilib

Nərmin Qocamanlı
Qırğızıstan Prezidentinin qardaşı oğlu həbs edilib

Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin (MTK) əməkdaşları ölkə prezidenti Sadır Japarovun qardaşı oğlu Ulan Japarovu saxlayıb.

"Operativ Media" xəbər verir ki, bu barədə "Sputnik Qırğızıstan" mənbələrinə istinadən xəbər verir.

“U.R.-nin barəsində avqustun 19-dək həbs qətimkan tədbiri seçilib. O, ağır cinayət - xüsusilə külli miqdarda dələduzluq törətməkdə ittiham olunur”, - deyə nəşr qeyd edib.

Qeyd olunub ki, 2023-cü ilin iyununda Ulan Japarov hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. O, gömrükdə korrupsiya sxemlərində iştirakda ittiham olunsa da, sonradan həmin şəxs ev dustaqlığına buraxılıb.
 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər