Dublində türklərin istifadə etdiyi məscid hücuma məruz qalıb
Operativ Media
İrlandiyanın paytaxtı Dublində türklərin istifadə etdiyi Sultan Məcid Təhsil Mərkəzi və Məscidi hücuma məruz qalıb.
Operativ Media xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
"Sultan Məcid Təhsil Mərkəzi və Məscidinə cümə namazı zamanı girməyə çalışan ifrat sağçı bir şəxs, mühafizəçiyə yumruq vurub", - məlumatda bildirilib.
Məscidin mühafizəçiləri və ətrafdakıların müdaxiləsi ilə hadisənin böyüməsinin qarşısı alınıb.
Hücum edənlərin hadisə anını mobil telefonla lentə aldıqları və görüntüləri daha sonra sosial mediada paylaşdıqları bildirilib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net