"Real Madrid" antirekordunu təkrarlayıb
Əziz Əzizli
"Real Madrid" klublararası dünya çempionatının yarımfinalında PSJ-nin qapısından 4 qol buraxdı və bir mövsümdə buraxılan qollara görə klubun antirekordunu təkrarlayıb.
Operativ Media xəbər verir ki, ümumilikdə Madrid komandası 2024/25 mövsümündə bütün yarışlarda 84 qol buraxıb. “Real” sonuncu dəfə 1998/99 mövsümündə bu qədər qol buraxıb.
"Real Madrid" 2024/25 mövsümündə də beş matçda ən azı dörd qol buraxıb ki, bu da son 25 ildəki ən pis performansıdır.
PSJ klublararası dünya çempionatının finalında "Çelsi" ilə qarşılaşacaq. Qarşılaşma iyulun 13-də baş tutacaq və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net