Menyu

Azərbaycanın gənc üzgüçüləri Avropa Çempionatında nəticələrini yaxşılaşdırıb

Əziz Əzizli
Azərbaycanın gənc üzgüçüləri Avropa Çempionatında nəticələrini yaxşılaşdırıb

Slovakiyanın Şamorin şəhərində keçirilmiş 18 yaşadək üzgüçülər arasında Avropa Çempionatı başa çatıb.

Operativ Media xəbər verir ki, yarışda iştirak edən idmançılarımız öncəki ən yüksək nəticələrini yeniləməyə nail olublar. Üzgüçülərimizin nəticələri:

Süleyman İsmayılzadə – sərbəst üsul ilə 800 və 1500 metr məsafələr

Öncəki ən yaxşı nəticəsi: müvafiq olaraq 8.11.92 və 15.26.02

Avropa Çempionatındakı nəticəsi: müvafiq olaraq 8.05.91 və 15.18.46

Anastasiya Boborıkina – bras üsulu ilə 100 və 200 metr məsafələr

Öncəki ən yaxşı nəticəsi: müvafiq olaraq 1.17.16 və 2.49.87

Avropa Çempionatındakı nəticəsi: müvafiq olaraq 1.16.67 və 2.47.83

Səid Həmidov – bras üsulu ilə 50 metr məsafə

Öncəki ən yaxşı nəticəsi: 30.52

Avropa Çempionatındakı nəticəsi: 29.87

Qeyd edək ki, Süleyman İsmayılzadə 1500 metr məsafədə nəticəsini yeniləməklə yanaşı finala vəsiqə qazanıb. Yarışın ən uzun məsafəsinin finalında idmançımız 7-ci yeri tutub. Sərbəst üsul ilə 800 metr məsafədə isə Süleyman inamlı çıxış etməsinə baxmayaraq, finalın bir addımlığında mübarizəni dayandırıb.

Yarışda Avropanın 51 ölkəsindən 600-dan çox idmançı çıxış edib. Milli komandamızın üzvləri Süleyman İsmayılzadə və Oqtay Hüseynov yarışa qatılan ən gənc idmançılar sırasındadırlar – hər ikisi 16 yaş.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər