"Çelsi" Madueke üçün "Arsenal"dan 58 milyon avro istəyir
Əziz Əzizli
"Çelsi"nin hücumçusu Noni Madueke karyerasını "Arsenal"da davam etdirə bilər.
Operativ Media xəbər verir ki, bu haqda "Telegraph" nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, "Çelsi" 23 yaşlı ingilis futbolçunun transferi üçün 58 milyon avro almaq istəyir. Futbolçunun özü "topçular"la müqavilənin şəxsi şərtlərini razılaşdırıb.
2024/25 mövsümündə Madueke bütün yarışlarda 42 matçda 11 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun müqaviləsi 30 iyun 2030-cu ilə qədərdir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net