“Arsenal” mövsümlərarası fasilədə ikinci transferini gerçəkləşdirib.
Operativ Media xəbər verir ki, “Topçular” Martin Subimendi ilə 5 illik müqavilə imzalayıb. Bu keçid üçün londonlular “Real Sosyedad”a 65 milyon avro ödəyib.
26 yaşlı dayaq yarımmüdafiəçisi ötən mövsüm San-Sebastian təmsilçisinin heyətində bütün turnirlərdə 45 oyun keçirib və 2 qol vurub. Martin həm də İspaniya millisinin üzvüdür.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma