"Zirə"nin rəqibinin məşhur futbolçusu karyerasını bitirdi
Əziz Əzizli
"Zirə"nin Konfrans Liqasındakı rəqibi "Hayduk"un xorvatiyalı futbolçusu İvan Rakitiç karyerasını bitirib.
Operativ Media xəbər verir ki, bu haqda "Hayduk"un baş məşqçisi Qonzalo Qarsiya "Nova TV"ə açıqlamasında bildirib.
Rakitiç "Hayduk" klubunda çalışmağa davam edəcək.
Əfsanəvi Xorvatiya millisinin üzvü, “Barselona” və “Sevilya”nın keçmiş futbolçusu Rakitiç peşəkar karyerasına 20 il əvvəl “Bazel”in ikinci komandasında başlayıb. 2007-ci ildə əsas komandaya yüksəlib və elə həmin il Almaniyanın "Şalke"sinə keçib
O, 2006/07 mövsümündə "Bazel"in heyətində İsveçrə kubokunu qazanıb. Bundesliqadakı dörd il onun İspaniyaya keçidi üçün başlanğıc olub
İlk dəfə "Sevilya"da parlayıb, sonra "Barselona"da karyerasının zirvəsinə çatıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net