Gürcüstanlı futbolçu İngiltərə klubuna keçir
Əziz Əzizli
"Sanderlend" "Lion"un hücumçusu Georges Mikautadzenin transferində maraqlıdır.
Operativ Media xəbər verir ki, bu barədə "Foot Marceto" nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, 24 yaşlı gürcü futbolçunun transferində Bundesliqa təmsilçisi "Ayntraxt" da maraqlıdır.
2024/25 mövsümündə Mikautadze "Lion"un heyətində bütün yarışlarda 47 matçda 17 qol vurub və 11 məhsuldar ötürmə edib. Onun müqaviləsi 30 iyun 2028-ci ilə qədərdir.
"Transfermarkt" futbolçunun transfer dəyərini 22 milyon avro qiymətləndirir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net