Menyu

Qurban Qurbanov: "Futbolçuların hazırlıq səviyyəsi tam qaydasında deyil"

Əziz Əzizli
Qurban Qurbanov: "Futbolçuların hazırlıq səviyyəsi tam qaydasında deyil"

"Futbolçular "Zirə" ilə matçda qəbuledilməz səhvlərə yol verdilər. Yaxşı oldu ki, burada onları gördük. Bundan sonra Avstriya hazırlığına diqqət ayıracağıq".

Operativ Media xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Zirə"ilə keçirilən yoxlama oyunundan sonra jurnalistlərə açıqlamasında bildirib.

Təcrübəli mütəxəssis qarşılaşmanın maraqlı məcrada keçdiyini deyib:

"Baxımlı oyun alındı. Xüsusilə "Zirə" ilk hissədə yaxşı təsir bağışladı. Hətta deyərdim ki, bizdən daha hazırlıqlı idilər. İkinci hissə daha fərqli oldu və ardıcıl qollar vurduq. Bununla belə, səhvlərimiz çox oldu. Futbolçuların hazırlıq səviyyəsi tam qaydasında deyil. Bu da gözlənilən idi. Ümumilikdə pis çıxış etmədik. Lakin bəzi qəbuledilməz səhvlərimiz oldu. Bunu görməyimiz yaxşı idi ki, qarşıda bu səhvlərin üzərində işləyək".

Qeyd edək ki, "Qarabağ" bu gün "Azərsun Arena"da keçirilən yoxlama oyununda "Zirə"ni 4-0 hesabı ilə məğlub edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər