"Qarabağ" malili yarımmüdafiəçi transfer edir
Əziz Əzizli
Bu mövsüm Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək "Qarabağ" transfer çalışmalarını sürətləndirib.
Operativ Media africafoot.com saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi Gürcüstanın "Dila" klubunun malili yarımmüdafiəçisi Boubakar Konteni heyətinə qatmaq istəyir.
Mənbənin məlumatına görə, futbolçunu bir neçə Avropa klubu da transfer etmək istəyir. Azərbaycan çempionu bu transferdə əsas namizədlərdəndir.
24 yaşlı futbolçu üçün klubuna təklif göndərilib.
"Transfermarkt" portalı futbolçunun dəyərini 450 min avro qiymətləndirir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net