"Kəpəz" daha 3 futbolçu ilə yollarını ayırdı
Əziz Əzizli
"Kəpəz” daha 3 futbolçusu ilə vidalaşıb.
Klubdan Operativ Media-ya verilən məlumata görə, müqaviləsi başa çatan Turan Manafov, Nicat Süleymanov və Camal Cəfərov komandanı tərk edib.
Müdafiəçi olan Manafov ötən mövsüm 28 çempionat matçında meydana çıxaraq 2 qol vurub, 2 assist edib. Turandan fərqli, “Kəpəz”də ikinci mövsümünü keçirmiş Süleymanov 20 oyunda 1 qola imza atıb. Yarımmüdafiəçi 2022-2023-cü illər mövsümdə komandada 28 oyunda 2 dəfə fərqlənib. Klubda icarə əsasında çıxış etmiş Camal Cəfərov da “Kəpəz”də ikinci mövsümünü keçirib. Orta xətt oyunçusu son çempionatda 31 matçda 2 qolla yadda qalıb. Bundan əvvəlki mövsümdə Cəfərov “sarı-göylər” adına 11 oyuna çıxıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net