"Fənərbağça" kolumbiyalı hücumçu transfer edir
Əziz Əzizli
Türkiyə Super Liqası klubu "Fənərbağça" Səudiyyə Ərəbistanının "Əl Nəsr" klubunda çıxış edən hücumçu Con Duranı heyətinə qatmağa yaxındır.
Operativ Media xəbər verir ki, bu haqda insayder Fabrizio Romano məlumat yayıb.
Məlumata görə, klublar hücumçunun icarəsi ilə bağlı razılığa gəliblər.
21 yaşlı kolumbiyalı hücumçu maaş məsələsində razılığa gələrsə, gələn mövsüm İstanbul təmsilçisinin formasını geyinəcək.
Son mövsüm "Əl Nəsr" forması ilə 13 oyuna çıxan Con Duran 8 qol vurmağı bacarıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net