Menyu

Qurban Qurbanov "Qarabağ"ın akademiyasının üzvləri ilə görüşdü

Əziz Əzizli
Qurban Qurbanov "Qarabağ"ın akademiyasının üzvləri ilə görüşdü

"Qarabağ"ın əsas komandasının məşqçi və futbolçuları “Sozopol Cup 2025” turnirinin qalibi olan U-13 və Azərbaycan çempionu adını qazanan U-14 kollektivlərinin üzvləri ilə görüşüblər.

Operativ Media xəbər verir ki, görüş komandanın bu gün “Azersun Arena”da keçirilən məşqindən əvvəl gerçəkləşib.

U-13 və U-14 komandalarının futbolçuları və məşqçi heyəti önündə çıxış edən baş məşqçi Qurban Qurbanov onları qazanılan uğurlar münasibəti ilə təbrik edib. O, akademiyanın məşqçilərinə və gənc futbolçularına gələcək karyeralarında uğurlar arzulayıb. Tədbirin sonunda U-13 və U-14-ün üzvlərinə hədiyyələr təqdim olunub.

Qeyd edək ki, 13 yaşadək futbolçulardan ibarət komanda Bolqarıstanda təşkil edilən “Sozopol Cup 2025” turnirinin qalibi adını qazanıb, 14 yaşadək futbolçulardan ibarət komanda U-14 Liqasının çempionu olub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər