Yevgeni Kukseviç: "Komandanı formalaşdırmaq üçün çox iş görməliyik"
Əziz Əzizli
Yevgeni Kukseviç Azərbaycan milli futzal komandasının baş məşqçisi təyin olunub.
Operativ Media xəbər verir ki, rusiyalı mütəxəssislə müqavilə 1 illikdir.
53 yaşlı baş məşqçi təyinatı ilə bağlı danışıb:
"Milli komandada çalışmaq böyük məsuliyyət və şərəfdir. Komandanı formalaşdırmaq üçün çox iş görməliyik. İşləri elə qurmalıyıq ki, millinin özəyini təşkil edən futzalçılar 'Araz-Naxçıvan' klubunda yer alsın və daim nəzarətimizdə olsun. Onların inkişafı olduqca vacibdir. Təkcə məşqlərlə kifayətlənmək olmaz, beynəlxalq oyunlarda da iştirak vacibdir. Millinin qarşıda rəsmi oyunları olmasa da, bu boşluğu doldurmaq üçün imkanlar axtaracağıq."
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net