"Sabah" Toqo millisinin üzvünü transfer etmək istəyir
Əziz Əzizli
Azərbaycanın “Sabah” futbol klubu heyətini gücləndirmək istiqamətində axtarışlarını davam etdirir.
Operativ Media xəbər verir ki, "bayquşlar" Macarıstanın "Dyor" klubunun yarımmüdafiəçisi Samsondin Oura ilə maraqlanır. Eyni zamanda, Toqo millisinin üzvü olan bu futbolçu ilə daha bir Azərbaycan klubu da maraqlanır. Lakin həmin klubun adı hələlik açıqlanmayıb.
Qeyd edək ki, Ouranın "Dyor" klubu ilə müqaviləsi gələn mövsümün sonuna qədərdir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net