Menyu

"Qarabağ" klubu Qarabağa səfər edib

Əziz Əzizli
"Qarabağ" klubu Qarabağa səfər edib

Bu gün “Qarabağ” Futbol Klubu üzvlərinin işğaldan azad olunan Qarabağ bölgəsinə səfəri başlayıb.

Operativ Media xəbər verir ki, səfərdə “Qarabağ” klubunun rəhbərliyi, məşqçilər, futbolçular və Gənclər və İdman Nazirliyinin rəsmiləri iştirak edirlər.

Əvvəlcə “Qarabağ” komandası təyyarə ilə Füzuli Beynəlxalq Hava Limanına yollanıb. Komanda Füzulidən əvvəlcə Şuşa şəhərinə gedəcək. Burada onlar yerli sakinlərlə görüşəcəklər. Daha sonra Xankəndi şəhərindəki Qarabağ Universitetində görüş nəzərdə tutulub.

Bundan sonra klub üzvləri Ağdam şəhərinə səfər edəcəklər. Ağdamda “Qarabağ” klununun üzvləri işğal dövrünə qədər komandanın ev oyunlarını keçirdiyi “İmarət” tarixi kompleksini ziyarət edəcək, rayona köçmüş yerli sakinlərlə görüşəcək.

“Qarabağ”ın Qarabağ turu Füzuli şəhərində yerli sakinlərlə görüşlə başa çatacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər