Menyu

Mahir Emreli: "Kayzerslautern" mənə çox böyük etimad göstərdi"

Əziz Əzizli
Mahir Emreli: "Kayzerslautern" mənə çox böyük etimad göstərdi"

"Kayzerslautern"lə müqavilə imzalayan Mahir Emreli açıqlama verib.

Operativ Media xəbər verir ki, klubun mətbuat xidmətinə danışan azərbaycanlı hücumçu klubun hədəflərinə çatması üçün əlindən gələni edəcəyini deyib:

"Kayzerslautern" böyük klubdur. Bu klubu hələ futbol oynamaq üçün Almaniyaya gəlməmişdən əvvəl də tanıyırdım. Keçən mövsüm "Nürnberq"lə bu stadionda burada oynayanda atmosferi, azarkeşlərin enerjisini hiss etmişdim. Bu, təsirli idi və "Kayzerslautern"ə keçmək qərarımda böyük rol oynadı. Bundan əlavə, klub mənə çox böyük etimad göstərdi. Mən də bunu meydanda qaytarmaq üçün səbirsizlənirəm. Hədəflərimizə çatmaq üçün əlimdən gələni etmək istəyirəm".

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər