Menyu

"Qalatasaray" rusiyalı qapıçı ilə maraqlanır

Əziz Əzizli
"Qalatasaray" rusiyalı qapıçı ilə maraqlanır

"Qalatasaray" və "Bornmut" klubları PSJ-nin rusiyalı qapıçısı Matvey Safonovla maraqlanır.

Operativ Media-nın məlumatına görə, bu barədə türkiyəli jurnalist Ertem Şener xəbər yayıb.

Məlumata əsasən, sözügedən klubların 26 yaşlı qolkiperin icarəyə götürülməsi və ya onun müqaviləsinin Paris klubundan alınması ilə bağlı konkret planları açıqlanmayıb.

Qeyd edək ki, iyunun 15-də PSJ-nin "Bornmut"un ukraynalı müdafiəçisi İlya Zabarnıy ilə şəxsi müqavilə şərtləri barədə razılığa gəldiyi bildirilmişdi. Yanvarda isə Safonovun komandada olması səbəbindən Zabarnıyın Fransa klubuna keçmək istəmədiyi qeyd olunmuşdu.

Matvey Safonov PSJ-yə 2024-cü ilin yayında "Krasnodar" klubundan transfer olunub. O, 2024/25 mövsümündə Paris təmsilçisinin heyətində bütün turnirlər üzrə 17 oyun keçirib, 13 qol buraxıb və 7 dəfə qapısını toxunulmaz saxlayıb. Safonovun PSJ ilə müqaviləsi 2029-cu ilin iyun ayına kimidir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər