Elçin Məsiyev Avropa çempionatının yarımfinalına təyinat aldı
Əziz Əzizli
FIFA referisi Elçin Məsiyev növbəti təyinat alıb.
Operativ Media xəbər verir ki, E.Məsiyev Slovakiyada təşkil edilən 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının yarımfinal mərhələsinin İngiltərə – Niderland oyununun ehtiyat hakimi olacaq. Qarşılaşmanı yunanıstanlı Vassilis Fotias idarə edəcək.
İyunun 25-də Bratislava şəhərində yerləşən Milli Futbol Stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.
Qeyd edək ki, Elçin Məsiyev qrup mərhələsinin Çexiya – İngiltərə (1:3) və Gürcüstan – Portuqaliya (0:4) oyunlarının baş hakimi, 1/4 finalın Almaniya – İtaliya (3:2) matçının isə ehtiyat hakimi olub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net