Kerkez "Liverpul"la 2030-cu ilə qədər müqavilə imzalayacaq
Əziz Əzizli
"Bornmut"un müdafiəçisi Miloş Kerkez "Liverpul"a keçməyə yaxındır.
Operativ Media xəbər verir ki, bu haqda insayder Nikolo Skira məlumat yayıb.
Mənbənin məlumatına görə, tərəflər 21 yaşlı macarın transferi ilə bağlı razılığa gəliblər. Müqavilə 2030-cu ilin yayına kimi nəzərdə tutulub.Yaxın vaxtlarda futbolçu tibbi müayinədən keçəcək.
Ötən mövsüm Kerkez bütün turnirlərdə 41 oyun keçirib, 2 qol vurub, 6 məhsuldar ötürmə edib.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma