Menyu

"Yuventus" və "Napoli" seneqallı hücumçunu transfer etmək istəyir

Əziz Əzizli
"Yuventus" və "Napoli" seneqallı hücumçunu transfer etmək istəyir

"Çelsi"nin hücumçusu Nikolas Cekson karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Operativ Media xəbər verir ki, "Yuventus" və "Napoli" seneqallı futbolçunu transfer etmək istəyir. Bu barədə insayder Canluka Di Martsio məlumat yayıb.

Hər iki klub Cekson üçün "Çelsi" ilə danışıqlar aparır. "Yuventus"un transfer yarısında daha öndə olduğu bildirilir.

Qeyd edək ki, "Çelsi" Nikolas Ceksonu 2023-cü ilin yayında "Vilyarreal"dan transfer edib. 24 yaşlı forvard ötən mövsüm London təmsilçisinin heyətində meydana çıxdığı 36 rəsmi matçda 13 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər