Qadınlardan ibarət Azərbaycan millisinin təlim-məşq toplanışı üçün heyəti açıqlanıb
İyunun 25-dən iyulun 2-dək Belarusun paytaxtı Minskdə təlim-məşq toplanışında olacaq qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti müəyyənləşib.
Operativ Media xəbər verir ki, Azərbaycan millisi hazırlıq müddətində yerli yığma ilə iki yoldaşlıq oyunu keçirəcək. İlk görüş iyunun 28-də Jodinodakı “Torpedo” stadionunda, ikinci qarşılaşma isə iyulun 1-də Minskdə yerləşən “Traktor” stadionunda təşkil olunacaq.
Millimizə dəvət edilən futbolçuların adları ilə sizi tanış edirik:
1 Aytac Şərifova Hakkarigücü (Türkiyə)
2 Nərgiz Əliyeva Fatih Vətən (Türkiyə)
3 Mehriban Şahməmmədova Neftçi
4 Nigar Mirzəliyeva Zenit (Rusiya)
5 Manə Mollayeva Neftçi
6 Fidan Cəfərova Neftçi
7 Kamilla Məmmədova Yelimay (Qazaxıstan)
8 Firəngiz Teymurova Neftçi
9 Coşqunə Əliyeva Neftçi
10 Sevinc Cəfərzadə Krasnodar (Rusiya)
11 Ayşən Əhmədova Ünyespor (Türkiyə)
12 Alina Dorofeyeva Rubin Kazan (Rusiya)
13 Ayşən Salamzadə Neftçi
14 Alina Nəhmədova Neftçi
15 Aysun Muradova Gölbaşı Belediye Spor (Türkiyə)
16 Peritan Bozdağ Fatih Vətən (Türkiyə)
17 Xanım Əsədova Neftçi
18 Vüsalə Seyfəddinova Neftçi
19 Milana Rəhimova Ünyespor (Türkiyə)
20 Röya Əliyeva Sumqayıt
21 Nərgiz Hacıyeva Aktobe (Qazaxıstan)
22 Nazlıcan Parlak Qalatasaray (Türkiyə)
23 Vüsalə Hacıyeva Dircəliş