DÇ: Cüdo üzrə Azərbaycan millisi Almaniya ilə qarşılaşacaq
Əziz Əzizli
Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatının sonuncu - yeddinci günündə qarışıq komanda yarışı baş tutacaq.
Operativ Media xəbər verir ki, 1/8 finaldan mübarizəyə qoşulacaq Azərbaycan millisi Almaniya yığması ilə üz-üzə gələcək.
Qarışıq komanda yarışında ümumilikdə 6 çəki dərəcəsində (kişilər: - 73 kq, -90 kq, +90 kq; qadınlar: -57 kq, - 70 kq, +70 kq) görüşlər təşkil olunacaq. Mübarizəyə 16 yığma (172 cüdoçu) qatılacaq.
Təsnifat görüşləri saat 12:00-dan etibarən, final bloku isə 20:00-dan etibarən keçiriləcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net