Ana səhifə / İdman / Azərbaycanın yeniyetmə basketbolçuları beynəlxalq turnirə inamlı qələbə ilə başlayıblar Azərbaycanın yeniyetmə basketbolçuları beynəlxalq turnirə inamlı qələbə ilə başlayıblar 19.06.2025, 15:57 Əziz Əzizli 19 iyun Qazaxıstanın Atrau şəhərində "Airom Cup" beynəlxalq basketbol turnirinə start verilib. Operativ Media xəbər verir ki, Azərbaycanı bu turnirdə Polad Həsənovun rəhbərlik etdiyi 14 yaşa qədər oğlanlardan ibarət seçmə komanda təmsil edir. Turnirdə yığmamızla yanaşı Qazaxıstanın "Ayrom", Gürcüstanın "Kutaisi", Rusiyanın "Devon" və "Axtuba" klub komandaları da mübarizə aparırlar. Seçmə komanda ilk oyununda Qırğızıstanın "Edelveys" komandası ilə qarşılaşıb və rəqibinə 94-13 hesabı ilə qalib gəlib. Qeyd edək ki, 22 iyuna qədər davam edəcək turnirin qalibi dairəvi sistemlə keçirilən oyunlardan sonra məlum olacaq. Genitor İdeyanı yaz —dəqiqələr içində saytın olsun. ›restoranım üçün sayt Pulsuz başla →Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma Saytın hazırlanır… CANLI restoran.genitor.net Genitor