Menyu

"San-Paulu" klubunun yeni baş məşqçisi bilindi

Əziz Əzizli
"San-Paulu" klubunun yeni baş məşqçisi bilindi

Argentina millisinin sabiq futbolçusu Ernan Krespo Braziliyanın A Seriyası təmsilçisi “San-Paulu” ilə anlaşıb.

Operativ Media xəbər verir ki, argentinalı mütəxəssislə 2026-cı ilin dekabrına qədər müqavilə imzalanıb.

49 yaşlı məşqçi bu postda Luis Zubeldianı əvəzləyib. Krespo ilə birlikdə onun köməkçiləri Xuan Branda və qapıçılar üzrə məşqçi Qustavo Nepote də Braziliya klubunda çalışacaq.

Krespo 2021-ci ildə də “San-Paulu”nu çalışdırıb. O, komandanı meydana çıxardığı 53 matçda 24 qələbəyə sevinib, 10 dəfə məğlub olub. Mütəxəssisin rəhbərliyi altında klub San-Paulu ştatının çempionluğunu qazanıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər