Menyu

Azərbaycan gimnastları dünya çempionatında iştirak edəcəklər

Əziz Əzizli
Azərbaycan gimnastları dünya çempionatında iştirak edəcəklər

Bu gün Bolqarıstanın paytaxtı Sofiyada bədii gimnastika üzrə yeniyetmələr arasında dünya çempionatı başlayır.

Operativ Media xəbər verir ki, yarışın ilk günündə halqa və topla hərəkətlər üzrə təsnifat mərhələsi keçiriləcək.

Azərbaycan gimnastları da mübarizəyə başlayacaqlar: Azadə Atakişiyeva halqa ilə kompozisiya nümayiş etdirəcək, İlahə Bahadırova topu ram edəcək.

Yeniyetmələrin dünya çempionatında fərdi hesabda yalnız müxtəlif növlərdə medallar uğrunda mübarizə gedəcək. Çoxnövçülük yarışları nəzərdə tutulmayıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər