Menyu

AL: "Sabah" mərhələ keçərsə qarşılaşacağı rəqiblər bilindi

Əziz Əzizli
AL: "Sabah" mərhələ keçərsə qarşılaşacağı rəqiblər bilindi

Bu gün İsveçrənin Nyon şəhərində UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin püşkü atılıb.

Operativ Media xəbər verir ki, bu turnirdə Azərbaycanı təmsil edəcək “Sabah” birinci təsnifat mərhələsini adlayacağı təqdirdə, növbəti raundda AEK (Kipr) – “Partizan” (Serbiya) cütünün qalibi ilə qarşılaşacaq.

Bu mərhələnin ilk oyunları 24 iyul, cavab görüşləri isə 31 iyul tarixində keçiriləcək. Təmsilçimiz növbəti mərhələyə vəsiqə qazanarsa, ilk oyununu öz meydanında keçirəcək.

Qeyd edək ki, “Sabah” UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində Sloveniyanın “Çelye” klubu ilə qarşılaşacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər