Menyu

Fərid Qayıbov Türkiyə-Azərbaycan Gənclər və İdman İşçi Qrupunu qəbul edib

Əziz Əzizli
Fərid Qayıbov Türkiyə-Azərbaycan Gənclər və İdman İşçi Qrupunu qəbul edib

İyunun 17-də gənclər və idman naziri Fərid Qayıbov Türkiyə-Azərbaycan Gənclər və İdman Əməkdaşlıq İşçi Qrupunu qəbul edib.

Operativ Media xəbər verir ki, qonaqları salamlayan nazir Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin gənclər və idman sahəsində də uğurla davam etdiyini vurğulayıb. Türkiyə gənclər və idman nazirinin müavini Enes Eminoğlu səmimi qəbula görə təşəkkürünü bildirib, ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin möhkəmlənməsində işçi qrupunun əhəmiyyətini vurğulayıb.

Görüş zamanı iki ölkə arasında gənclər və idman sahəsində əməkdaşlıq məsələləri, birgə layihələrin həyata keçirilməsi imkanları və qarşılıqlı təcrübə mübadiləsi müzakirə olunub.

Görüşdə Türkiyənin ölkəmizdəki Fövqəladə və Səlahiyyətli Səfiri Birol Akgün də iştirak edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər