Menyu

Avropa Liqası: "Sabah"ın rəqibi bəlli olacaq

Əziz Əzizli
Avropa Liqası: "Sabah"ın rəqibi bəlli olacaq

Bu gün UEFA Avropa Liqasının I təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Operativ Media-nın məlumatına görə, tədbir İsveçrənin Nyon şəhərində baş tutacaq və Azərbaycan təmsilçisi "Sabah" klubunun da ilk rəqibi bu mərasimdə müəyyənləşəcək.

Püşkatma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Səpələnməmişlər səbətində qərarlaşan "Sabah" güclülər səbətində yer alan komandaların biri ilə qarşılaşacaq. Mümkün rəqiblər sırasında "Hapoel" (Beer-Şeva, İsrail), "Şaxtyor" (Donetsk, Ukrayna), "Partizan" (Serbiya), "Legiya" (Polşa), "ÇFR" (Kluj, Rumıniya), "Spartak" (Trnava, Slovakiya), "Selje" (Sloveniya) və "Şerif" (Moldova) komandaları yer alır.

Qeyd edək ki, Avropa Liqasındakı debütünü edəcək "Sabah" 1-ci təsnifat mərhələsində ilk matçını 10 iyulda, cavab oyununu isə 17 iyulda keçirəcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər