DÇ: Azərbaycanın daha bir cüdoçusu mübarizəyə qoşulur
Əziz Əzizli
Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatında bu gün Azərbaycan təmsilçisi Zelim Tçkayev mübarizəyə qoşulacaq.
Operativ Media xəbər verir ki, dördüncü yarış günündə 81 kq çəki dərəcəsində çıxış edən cüdoçumuz 1/16 final mərhələsində Polşa təmsilçisi Pavel Jimal ilə Çinli Tsyanqnan Van arasındakı görüşün qalibi ilə qarşılaşacaq.
Təsnifat görüşləri saat 13:00-da, final bloku isə saat 20:00-da başlayacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net