"Zirə"nin yay hazırlıq planı açıqlandı
Əziz Əzizli
“Zirə” PFK-nın yay hazırlıq planı bəlli olub.
Operativ Media xəbər verir ki, qəsəbə təmsilçisi iyunun 14-də çalışmalara start verəcək. Təlim-məşq toplanışının ilk hissəsini Bakıda keçəcək komandamız iyulun 5-nə kimi paytaxtda məskunlaşacaq. “Zirə” bu müddətdə 1 yoxlama oyunu keçirməyi planlaşdırır. Matç iyunun 30-da “Qarabağ”a qarşı keçiriləcək.
Hazırlığın növbəti mərhələsi isə Türkiyədə baş tutacaq. 5-17 iyul tarixlərində qonşu ölkədə olacaq "qartallar" bu müddətdə 4 yoxlama matçı keçirməyi planlaşdırır. Oyunlar 8, 12 və 16 iyul( iki oyun) tarixlərində baş tutacaq. Rəqiblərin kimliyi barədə məlumat veriləcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net