Tofiq Musayev UFC-də neçə döyüş keçirəcək?
Əziz Əzizli
Azərbaycanlı MMA döyüşçüsü Tofiq Musayev iyunun 21-də Bakıda keçiriləcək UFC döyüş gecəsində iştirak edəcək.
Operativ Media xəbər verir ki, 35 yaşlı idmançı "İdman TV"ə açıqlamasında UFC təşkilatı ilə 4 döyüşlük müqavilə bağladığını bildirib.
O, daha əvvəl də UFC-də iştirak etmək şansının olduğunu bildirib.
"Rizin" təşkilatında çempion olduğum zaman UFC-dən təklif gəlmişdi. Lakin maraqlarımız üst-üstə düşmədiyi üçün bu müqavilə imzalanmadı".
Qeyd edək ki, Tofiq Musayev UFC-də ilk döyüşünü qırğızıstanlı idmançı Mıqtıbek Orolbaya qarşı keçirəcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net