AFFA və UEFA-nın birgə təşəbbüsü ilə “D” kateqoriyalı məşqçi kursları keçiriləcək
Əziz Əzizli
AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyilə iyunun 18-dən 20-dək UEFA-nın “HatTrick” proqramı çərçivəsində “D” kateqoriyalı məşqçi kursları keçiriləcək.
Operativ Media xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
3 günü əhatə edəcək kurs zamanı dərslər həm nəzəri, həm praktiki hissədən ibarət olmaqla AFFA-nın məşqçi kurslarının təlimatçıları tərəfindən AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində təşkil olunacaq.
Kursda iştirak etmək ödənişsizdir. İştirak etmək istəyən 18 yaşına çatmış şəxslər 12 iyun 2025-ci il tarixinədək aşağıda qeyd olunan linkə keçid edərək anketi doldura bilərlər. Kurslara iştirak haqqı qazanmış şəxslərə bu barədə geridönüş ediləcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net