Kriştiano Ronaldo gələn mövsüm formasını geyinəcəyi komandanı açıqladı
Əziz Əzizli
Kriştiano Ronaldonun 2,5 ildir formasını geyindiyi "Əl-Nəsr" klubu ilə müqaviləsi başa çatıb.
Operativ Media xəbər verir ki, gələcəyi maraq mövzusu olan portuqaliyalı ulduzun adı bir çox komanda ilə hallanır.
FIFA Klublararası Dünya Çempionatında iştirak edəcək bir komandaya transfer oluna biləcəyi barədə səsləndirilən iddiaları Kriştiano Ronaldo təkzib edib .
Digər tərəfdən, Ronaldo Millətlər Liqasının qalibi olduqları oyundan sonra verdiyi müsahibədə gələcəyi ilə bağlı şayiələrə son qoyub.
Kriştiano Ronaldo verdiyi açıqlamada "Əl-Nəsr" klubu ilə yeni müqavilə imzalayacağını bildirib.
"Əl-Nəsr" ilə ümumilikdə 105 oyuna çıxan Kriştiano Ronaldo 93 qol və 19 məhsuldar ötürmə ilə yadda qalıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net