Azərbaycan – Macarıstan oyunu öncəsi mətbuat konfransları və açıq məşqlərin vaxtı açıqlanıb
Əziz Əzizli
İyunun 10-da "Liv Bona Dea Arena"da keçiriləcək Azərbaycan – Macarıstan yoldaşlıq oyunu öncəsi təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı məlum olub.
Operativ Media xəbər verir ki, tədbirlər 9 iyun tarixində oyun keçiriləcək stadionda baş tutacaq.
Azərbaycan milli komandası
16:15 – Mətbuat konfransı
17:00 – İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
Macarıstan milli komandası
18:30 – İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
19:45 – Mətbuat konfransı
Qeyd edək ki, hər iki komandanın açıq məşqlərinin yalnız ilk 15 dəqiqəsi mətbuat nümayəndələri üçün açıq olacaq.
-
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma