"Qalatasaray" Ermənistan millisinin üzvü ilə maraqlanır
Əziz Əzizli
Türkiyə Super Liqasının son çempionu "Qalatasaray" "Krasnodar"ın ermənistanlı futbolçusu Eduard Spertsyanı transfer etmək istəyir.
Operativ Media xəbər verir ki, bu iddia ilə türkiyəli idman jurnalisti Arda Özkürt çıxış edib.
Futbolçu tərəfi razılıq verərsə, "sarı-qırmızılı" klub transferi bitirmək istəyir.
Eduard Spertsyan bu mövsüm 28 oyuna çıxıb, 11 qol vurub, 7 assist edib.
Qeyd edək ki, Spertsyan bu mövsüm "Krasnodar" klubunun çempionluğunda böyük pay sahibi olub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net