"Liverpul" 19 yaşlı Diblinq üçün 55 milyon funt-sterlinq ödəməyə hazırdır
Əziz Əzizli
"Liverpul" " Sauthempton"un yarımmüdafiəçisi Tayler Diblinqi transfer etməyi düşünür .
Operativ Media xəbər verir ki, bu barədə "Anfield Watch" məlumat yayıb.
Mənbənin məlumatına görə, "Liverpul" 19 yaşlı ingilis futbolçunun transferi üçün 55 milyon funt-sterlinq ödəməyə hazırdır. Diblinq həmçinin "Mançester Yunayted", "Mançester Siti" və "Tottenhem" tərəfindən də izlənilir.
Yarımmüdafiəçi 2024/25 mövsümündə "Sauthempton"da 38 oyunda 4 qol vurub və 3 məhsuldar ötürmə edib .
Diblinqin hazırkı müqaviləsi 30 iyun 2027-ci ilə qədərdir.
"Transfermarkt" Diblinqin transfer dəyərini 25 milyon avro qiymətləndirir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net