Menyu

Fərid Qayıbov ötən ay uğur qazanmış idmançılarla görüşüb

Əziz Əzizli
Fərid Qayıbov ötən ay uğur qazanmış idmançılarla görüşüb

Gənclər və idman naziri Fərid Qayıbov may ayı ərzində beynəlxalq yarışlarda uğurla çıxış etmiş idmançılarla görüşüb.

Operativ Media xəbər verir ki, Bakı Gənclər Mərkəzində baş tutan tədbirdə idmançılarla yanaşı, onların məşqçiləri də iştirak ediblər.

Tədbir Dövlət Himnimizin səsləndirilməsi ilə başlayıb. Daha sonra nazir Fərid Qayıbov “Azərbaycan Respublikasının Əməkdar məşqçisi”, “Azərbaycan Respublikasının Fəxri bədən tərbiyəsi və idman işçisi” və “Azərbaycan Respublikasının İdman ustası” fəxri adlarına layiq görülmüş bəzi idman mütəxəssislərinə müvafiq vəsiqə və döş nişanları təqdim edib.

Ay ərzində beynəlxalq arenalarda qazanılmış nailiyyətləri əks etdirən videoçarxın nümayişindən sonra tədbir iştirakçıları çıxış ediblər. Atletika, boks, cüdo, batut gimnastikası, tamblinq, akrobatika gimnastikası, aerobika gimnastikası, bədii gimnastika, trek velosipedi, taekvondo, triatlon, akademik avarçəkmə, kayak, kanoe, draqon qayığı, kuraş, MMA, didlift, strikt körl, soft təchizat benç press, qol güləşi, sumo, kikboksinq, kunq-fu, uşu və bodibildinq idman növlərinin nümayəndələri çıxış etdikləri yarışlar və qazandıqları nəticələr barədə məlumat veriblər.

Sonda nazir Fərid Qayıbov idmançıları təbrik edərək onlara qarşıdakı yarışlarda daha böyük uğurlar arzulayıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər