Menyu

"Şəfa"nın baş məşqçisi: "Qarabağ"ın bazasında ölkə daxilində də peşəkarlığın olduğunu gördüm

Əziz Əzizli
"Şəfa"nın baş məşqçisi: "Qarabağ"ın bazasında ölkə daxilində də peşəkarlığın olduğunu gördüm

Bu mövsüm I Liqada çıxış edəcək “Şəfa” komandasının baş məşqçisi Elgiz Kərəmli “Qarabağ” klubunun bazasını ziyarət edib.

O, Operativ Media-ya açıqlamasında ziyarətin məqsədi haqda danışıb.

Kərəmli bildirib ki, ziyarətin məqsədi Qurban Qurbanovun rəhbərlik etdiyi sistemin içərisində olmaq və orada baş verən prosesləri yaxından izləmək olub:

“Məqsədim Qurban Qurbanovun rəhbərliyi altında fəaliyyət göstərən bir sistemin içərisində olmaq, oradakı prosesi həm nəzəri, həm də praktiki baxımdan izləmək idi. Bu təcrübənin mənim üçün çox faydalı olacağını düşündüm. Ölkə daxilində də peşəkarlığın mümkün olduğunu özüm görmək və bunu dəyərləndirmək istəyirdim”, – deyə o qeyd edib.

Baş məşqçi əlavə edib ki, “Qarabağ”ın qazandığı uğurlar heç də təsadüfi deyil:

“Bu klubun daxili mədəniyyəti, işə yanaşma tərzi və nizam-intizamı mənə göstərdi ki, buraya gəlməkdə doğru qərar vermişəm” – deyə Elgiz Kərəmli vurğulayıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər