Menyu

Tofiq Musayev UFC ilə müqavilə imzalayan 3-cü azərbaycanlı döyüşçü oldu - RƏSMİ

Əziz Əzizli
Tofiq Musayev UFC ilə müqavilə imzalayan 3-cü azərbaycanlı döyüşçü oldu - RƏSMİ

Tofiq Musayev Azərbaycanda keçiriləcək ilk tarixi UFC turnirində iştirak edəcək.

Operativ Media xəbər verir ki, azərbaycanlı idmançı dünyanın aparıcı qarışıq döyüş sənətləri təşkilatı ilə müqavilə imzalayaraq “UFC Fight Night: Hill vs Rountree” turnirində döyüşəcək.

Onun rəqibi yüngül çəki dərəcəsində olan qırğızıstanlı döyüşçü Mıqtıbek Orolbaydır. Beləliklə, Tofiq Musayev UFC ilə müqavilə imzalayan üçüncü azərbaycanlı döyüşçü oldu.

Turnir iyunun 21-də Bakı Kristal Zalında keçiriləcək. Gecənin əsas qarşılaşması keçmiş UFC yarım ağır çəki çempionu Camal Hill ilə keçmiş titul iddiaçısı Xalil Rauntri arasında baş tutacaq. Gecənin ikinci ən vacib döyüşü isə yüngül çəki dərəcəsində həmyerlimiz Rafael Fiziyev ilə Çili təmsilçisi İqnacio Baxamondes arasında olacaq. Turnirin digər iştirakçılarından biri olan azərbaycanlı döyüşçü Nazim Sadıxov da oktaqona çıxacaq. O, braziliyalı rəqibi Nikolas Motta ilə qarşılaşacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər