Menyu

"Barselona" "Espanyol"un qapıçısını transfer etmək istəyir

Əziz Əzizli
"Barselona" "Espanyol"un qapıçısını transfer etmək istəyir

"Barselona" nümayəndələri "Espanyol"un qapıçısı Joan Qarsiyanın transferi ilə bağlı danışıqlara başlayıb.

Operativ Media xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.

Mənbənin məlumatına görə, "Barselona" futbolçuya 5 illik müqavilə və "Espanyol" da aldığından daha yüksək maaş təklif etməyə hazırdır.

Bu arada Qarsiya özü də daha əvvəl yaxşı təklif alacağı təqdirdə xaricə köçməyə hazır olduğunu bildirmişdi. Qapıçı ilə "Mançester Siti" və "Nyukasl" da maraqlanırdı .

2024/25 La Liqa mövsümündə Qarsiya 38 matçda 51 qol buraxıb. O, 8 matçda qapısını toxunulmaz saxlayıb.

Qarsiyanın Espanyol ilə müqaviləsi 30 iyun 2028-ci ilə qədərdir.

"Transfermarkt"in məlumatına görə, 24 yaşlı qolkiperin transfer dəyəri 20 milyon avro olaraq qiymətləndirilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər